Dubl edən legioner azərbaycanlı hakimə hansı mesajı ünvanlayıb?

13 Dekabr 2023 19:40 Sabah 951
Dubl edən legioner azərbaycanlı hakimə hansı mesajı ünvanlayıb?

"Sabah" Premyer Liqanın 16-cı turunu parlaq qələbə ilə arxada qoydu.

Masazır təmsilçisi doğma meydanda "Səbail"i darmadağın etməklə (4:0) buna nail oldu.

Qələbədə mərkəz müdafiəçisi Sofian Çaklanın rolu isə daha böyük idi.

Mərakeşli futbolçu 8 və 22-ci dəqiqələrdə vurduğu erkən qollarla qələbənin təməlini qoymuş oldu.

Bu, 30 yaşlı legionerin karyerasında ilk belə uğurudur.

Elçin Məsiyevin final fitindən sonra əcnəbi futbolçunun oyunun topunu özü ilə aparmasının bununla bağlı olduğunu düşünmək olardı.

Hərçənd adətən het-trik edən futbolçular oxşar addımı atır.

Sən demə, Çaklanın hərəkətinin başqa anlamı varmış.

O, atddığı addımın izahını saytımıza açıqlayıb: "Baş hakim vurduğum bir qolu saymadı. Bunu referiyə eyham vurmaq üçün etdim".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti