Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Sabah" Masazırda "Səbail"i qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 7 və 21-ci dəqiqədə Sofian Çakla, 28-ci dəqiqədə Cesse Sekidika, 59-cu dəqiqədə Vinsent Til vurub.
"Sabah" 22 xalla 7-ci, "Səbail" 23 xalla 4-cü pillədə qərarlaşıb.

