"Buna baxmaq lazımdır ki, nəyə görə saymadılar"

10 Dekabr 2023 18:00 Sabah 825
"Buna baxmaq lazımdır ki, nəyə görə saymadılar"

Sportinfo.az xəbər verir ki, "Sabah"ın rusiyalı məşqçisi Artur Olenin Premyer Liqanın 16-cı turunda "Səbail" üzərində 4:0 hesablı qələbədən sonra sualları cavablandırıb:

- Çox yaxşı oyun oldu. Dominant tərəf idik. Gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Buna da baxmaq lazımdır ki, nəyə görə saymadılar. Futbolçuları göstərdikləri oyuna görə təbrik etdik. Belə davam etməliyik

- Hər dəfə belə oyunlardan sonra "Sabah"ın geridönüş etdiyini düşünürük, amma sonrakı matçda xal itirirsiz. Demək olar ki, "Sabah" geri qayıtdı?

- Doğrudur. Çalışırıq ki, vəziyyəti düzəldək. Amma bəzən alınmır. Çünki rəqiblər də qalib gəlmək istəyir. Düşünürük ki, vəziyyəti düzəldəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti