“Alaniya” Azərbaycanda işləyən baş məşqçini “oğurlamaq“ istəyir

10 Dekabr 2023 20:40 Sabah 818
“Alaniya” Azərbaycanda işləyən baş məşqçini “oğurlamaq“ istəyir

“Alaniya” yeni baş məşqçi axtarışına çıxıb.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladiqafqaz təmsilçisi “Sabah”ın çalışdırıcısı Murad Musayevlə maraqlanır.

Hazırda birinci divizionun iddialılarından olan klub Masazır təmsilçisinin baş məşqçisini bu posta gətirməyi planlaşdırır. Amma danışıqların baş tutub-tutmaması haqda heç bir məlumat yoxdur.

Onların digər namizədi isə “Akron”un keçmiş baş məşqçisi Yevgeni Kaleşindir.

Son olaraq, Vladiqafqaz komandasına Oleq Vasilenko başçılıq edirdi. Komanda birinci liqada 6-cı pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti