Məşhur futbolçu azərbaycanlı jurnalistlərdən niyə uzaq gəzir?

10 Dekabr 2023 22:20 Sabah 1 921
Məşhur futbolçu azərbaycanlı jurnalistlərdən niyə uzaq gəzir?

Mövsümün gedişində İshak Belfodil böyük ümidlərlə "Sabah"a transfer olunmuşdu.

Amma qısa müddət sonra bilindi ki, zədəsi var və onun performasını görmək üçün bir müddət gözləməli olacağıq.

Təxminən 1 ay sonra 31 yaşlı forvard "Səbail"lə matçda debüt etdi.

"Sabah" qələbə qazanmasa da, bərabərliklə bitən matçda (2:2) komandasının ikinci qolunda Anatoli Nuriyevə qol ötürməsi verməsilə yadda qalmağı bacardı.

Bundan əla başlanğıc?

Lakin əla başlanğıcın yaxşı davamı gəlmədi.

Növbəti turda məşhur futbolçu qol hesabını açmağı bacardı. Lakin topu "Araz Naxçıvan"la heç-heçə bitən (1:1) görüşdə rəqib qapısına yox, öz qapısına yolladı.

Ardınca yenidən zədələnən əlcəzairli hücumçu nə az, nə çox 5 matçı buraxmalı oldu.

"Qarabağ"la oyunda geri dönən "14 nömrə" 12 dəqiqə, ötən tur "Kəpəz"lə görüşdə 18 dəqiqə meydanda oldu.

Üst-üstə 81 dəqiqə oynamaq fürsəti olan İsak epizodik olaraq səviyyəsini ortaya qoya bilir.

Hər halda, zəngin karyera öz sözünü deyir.

Amma hələ də "Sabah"ın istədiyi Belfoldil dəqiq deyil. Açıq hiss olunur ki, adaptasiyanı tam keçməyib, çəki problemi var, oyun praktikasından əziyyət çəkir.

Bəs bunları arxada qoymaq üçün nə qədər zaman lazımdır?

Ümumiyyətlə, öz durumu, çempionatın səviyyəsi, azarkeşlərin marağı və.s istiqamətdə suallarımızı vermək üçün Belfodillə danışmaq istədik.

Amma Tovuzda "Kəpəz"i çətinliklə udan (2:0) Masazır təmsilçisin üzvünun kefi yerində olsa da israrla danışmaq istəmədi.

Görünür, hücumçu da özündən narazıdır. Bu səbəbdən mətbuata danışmaqda indiki anda maraqlı deyil.

Bəlkə də gözləntiləri verib, sonra aşkara çıxmağı planlaşdırır. Bir sözlə, danışmağı yox, iş görməyi seçir. Təki elə olsun.

Biz də gözləyək...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti