"Sabah" Kahim Parrislə yollarını ayırmağı düşünür.
Bu barədə Ukraynanın mətbuatı məlumat yayıb.
Xəbərdə paytaxt klubunun müqavilə ilə Kiyev "Dinamo"suna məxsus olan yamaykalı yarımmüdafiəçinin çıxışından razı olmadığı və buna görə də "Sabah"ın 23 yaşlı futbolçu ilə vidalaşacağı bildirilib.
Amma məsələ heç də belə deyil.
Klubdan əldə etdiyimiz məlumata görə, Ukrayna mətbuatında yayılan xəbər həqiqəti əks etdirmir.
Ümumiyyətlə, hazırda Parrislə bağlı məsələ müzakirə olunmur.
Və onun yaxın perespektivdə göndərilməsi gözlənilmir.
Parrisin icarə müqaviləsi yaya kimidir.
İcarə müqaviləsinin sonunda isə qərar futbolçunun özü, icarə ilə məxsus olduğu klubun baş məşqçisi və klub rəhbərliyinin rəyindən asılı olacaq.
Qeyd edək ki, yayda "Sabah"a keçən Kahim Premyer Liqada 11 oyuna çıxıb (650 dəqiqə) və 1 qol ötürməsi edib.
XANOĞLAN / SPORTİNFO.AZ

