COP29

"Sabah"dan ənənəvi metodla növbəti…

5 Dekabr 2023 17:00 Sabah 424
"Sabah"dan ənənəvi metodla növbəti…

“Sabah” Premyer Liqanın 15-ci turunu növbəti 3 xalla başa vurdu.

Amma komandanın autsayder “Kəpəz”lə görüşü elə də asan keçmədi.

Düzdü, tabloya baxan düşünər ki, Masazır təmsilçisi erkən qollarla matçın müqəddəratını həll edib.

Lakin meydanda hər şey tam başqa idi.

Gəncəlilər oyunun böyük hissəsin üstün tərəf kimi keçirdilər.

Çox sayda qol epizodları yaratdılar.

Papunaşvili, Niane, Juninyo ələ düşən şansları sağa-sola xərcləməsəydi, bəlkə də meydandan 1 xalla ayrıla bilərdilər.

Amma gah tələskənlik, gah da qeyri-dəqiqlik buna mane olurdu.

Hə, kimsə onu da düşünə bilər ki, 2:0-dan sonra “Sabah” oyuna qeyri-ciddi yanaşıb.

Lakin bu da var ki, qollara kimi də üstün tərəf Adil Şükürovun yetirmələri idi.

Lakin üstünlüyü tabloda əks etdirməyə ustalıq çatmadı.

Həmin ustalıq isə Murad Musayevin komandasında problem deyildi.

Məhz belə oyunlarda oyun klası işə düşür.

Qonaqlar ikinci qola kimi rəqib qapısında bir təhlükə belə yaratmadan ciddi üstünlük yaxalaya bilmişdi.

Amma Anatoli Nuriyevlə Namiq Ələsgərov heç nədən adlarını tabloya yazdıra bildi. Heç nədən deyəndə, yəni hər hansı məntiqli hücum falan qurulmamasın nəzərdə tuturam.

Yoxsa hər iki qolda da futbolçular sözün əsl mənasında baş işlətdilər.

Nuriyev uzaq məsafədən fantastik zərbə ilə hesabı açdısa, Ələsgərov meydan sahiblərinin müdafiəçilərinin ani diqqətsizliyindən məharətlə istifadə edə bildi.

Bununla da “Sabah” növbəti dəfə Tovuz şəhər stadionunda yaxşı oynamasa da, yaxşı qələbə ilə ayrıla bildi.

Oxşar mənzərəyə bu klubun Tovuza əvvəlki səfərlərində də şahidlik etmişik.

Çox çətin dönəmi arxada qoyana oxşayan paytaxt klubu bu yolda bəlkə də ən önəmli qalibiyyətini əldə etmiş oldu.

Belə dövrdə və bir də belə meydanda vacib olanı bu idi. Ki, "Sabah"da onu bacardı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"