
"Sabah" bu mövsüm ən yaxşı oyununu “Qarabağ”a qarşı keçirdi”.
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
Bir zamanlar hər iki klubda çalışmış sabiq funksioner Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilmiş matç haqda düşüncələrini dilə gətirib.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində bildirib ki, “Sabah” 1:2 hesablı məğlubiyyətə rəğmən, ötənilki görüntüsünü geri qaytarıb.
O, dönüş nöqtəsi kimi Emanuel Apehin ilk hissədə qaçırdığı penaltini göstərib.
Qeyd edib ki, nigeriyalı hücumçunun fürsəti boşa verməsi “Qarabağ”ın 3 xal əldə etməsinə gətirib çıxarıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: