Azərbaycan Premyer Liqasının 14-cü turunda "Sabah" son çempion "Qarabağ"ı qəbul edib.
"Bank Respublika Arena"da keçirilən görüşə maraq böyük olub.
Əbəs deyil ki, 4000-ə yaxın azarkeşin izlədiyi matça nazir də təşrif buyurub.
Söhbət İqtisadiyyat naziri Mikayıl Cabbarovdan gedir.
O, qonaqların 2:1 hesablı qələbəsi ilə bitən qarşılaşmanı 90 dəqiqə VİP-lojada izləyib.
"Sabah"ın digər matçlarında çox görünməyən naziri "Qarabağ"la qarşılaşmalarda adətən tribunada olur.
XANOĞLAN / SPORTİNFO.AZ