Azərbaycanda gözdən itən “Barselona”lıdan YENİ XƏBƏR var

25 Noyabr 2023 19:40 Sabah 814
Azərbaycanda gözdən itən “Barselona”lıdan YENİ XƏBƏR var

Azərbaycan Premyer Liqasında 13 tur arxada qalsa da, "Sabah"ın yarımmüdafiəçisi Kristian Sebalyos hələ də debüt etməyib.

İspaniyalı legioneri nəinki Premyer Liqada, heç avrokuboklarda da Masazır klubunun formasında gözə dəyməyib.

"Barselona"nın yetirməsi heç ilk "18-lik"də belə yer almır.

Yay fasiləsində ciddi zədə alan ispaniyalı həftələr əvvəl fərdi məşqlərə start vermişdi.

Amma yenə onun qayıdışı yubanır.

Maraqlıdır, böyük ümidlərlə ölkəmizə gətirilən əcnəbinin uzun müddət gözdən uzaq düşməsi nə ilə bağlıdır? Bəlkə, rəhbərlik və ya baş məşqçi ilə arasında hər hansı narazılıq var?

Sorğumuza cavab olaraq komandanın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları dedi:

"Yox, hər hansı problem yoxdur. Sadəcə yay fasiləsində aldığı zədə çox ciddi idi.

Hələ bərpa prosesini keçir. Ümid edirik ki, qısa müddətdə geri qayıdıb, komanda ilə məşqlərə qoşulacaq".

30 yaşlı orta sahə oyunçusu 2021-ci ildən təmsilçimizin şərəfin qoruyur.

O, "Sabah" formasında meydana çıxdığı 31 görüşdə 6 qol, 6 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti