COP29

Azərbaycan klubunda üzlər gülür - Səs-küylü transfer geri döndü

19 Noyabr 2023 16:05 Sabah 1 675
Azərbaycan klubunda üzlər gülür - Səs-küylü transfer geri döndü

"Sabah"ın zədəliləri ilə bağlı vəziyyət düzəlməyə doğru gedir.

Baş məşqçi Murad Musayev eyni anda nə az, nə çox 5-6 əsas heyət üzvünün xidmətindən məhrum olmuşdu.

Artıq həmin futbolçulardan şad xəbərlər var.

Belə ki, Aleksey İsayev zədəsini tam sağalıb. Millinin son oyununda da şans qazanan yarımmüdafiəçi 1 qol ötürməsi ilə yadda qaldı.

Jarl Marqarita və Kristian Sebalyos hazırda reabilitasiya keçir. Onların qısa müddətdə kollektiv çalışmalarda iştirakı gözlənilir.

Vinsent Till də oynamağa hazırdı. Düzdür, millinin düşərgəsinə yollanana kimi klubunda fərdi məşqlər edirdi. Elə çox güman məhz bu səbəbdən yığmanın son oyununda 23-lüyə daxil edilməyib.

Lakin yığmanın məşqlərində iştirak edir. Növbəti turda "Sabah"a kömək edə bilib-bilməyəcəyinə həkimlərin və məşqçilərin ümumi rəyindən sonra aydınlıq gələcək.

Masazır təmsilçisinin ən son transferi İshak Belfodildən də müsbət xəbər var. Səs-küylü keçidi ilə yadda qalan legioner komanda ilə məşqlərə qatılıb. Onu qarşıdakı turlar meydanda görə bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"