COP29

“Neftçi”ni udmağın öz gözəlliyi var, amma…” - BRAZİLİYALI MÜSAHİB

17 Noyabr 2023 21:00 Sabah 588
“Neftçi”ni udmağın öz gözəlliyi var, amma…” - BRAZİLİYALI MÜSAHİB

“Sabah”ın braziliyalı yarımmüdafiəçisi Sportinfo.az-ın suallarını cavablandırıb.

34 yaşlı legioner komandasının “Turan Tovuz” üzərindəki 3:2 hesablı qələbəsindən sonra saytımıza müsahibə verib.

- Çətinliklə qazandığınız 3 xal barədə fikirlərini eşitmək maraqlıdır.

- Bura gəlməkdə bir məqsədimiz var idi – Bakıya qələbə ilə qayıtmaq. Həftəboyu keçirilən məşqlərdə meydanda görəcəyimiz işlər üçün hazırlaşmışdıq. Lazım olan tapşırılar var idi ki, onları yerinə yetirməliydik. Tovuzda oynamaq bütün komandalar üçün çətindir. Meydanda can qoyduq və önəmli 3 xal qazandıq. Gözəl hislərdir.

- İlk hissədə 5 qol izləsək də, ikinci 45 dəqiqədən qol səsi çıxmadı. Nə baş verdi?

- Matçın əvvəlində 2 top fərqi ilə önə çıxsaq da, konsentrasiyanı itirib qapımızda 2 qol gördük. Yaxşı ki, fasiləyə qədər 3-cü qolu vura bildik. İkinci hissədə hər iki komandanın qol epizodları oldu. Məncə, azarkeşlər üçün darıxdırıcı olmadı. Sadəcə, qapılara qol vurulmadı.

- Fasilədən sonra sanki hesabı qorumaq haqda düşünürdünüz.

- İkinci hissədə bizi qol vurmaq yox, daha çox 3:2-ni qorumaq maraqlandırırdı. Çünki vacib olan meydanı 3 xalla tər etmək idi ki, çətinliklə də olsa bacardıq.

- Bu qələbə əvvəlki qalibiyyətlərdən nə(lər) ilə fərqlənir?

- Çempionatda hər oyun, hər qələbə önəmlidir. Birini digərindən fərqləndirmək mümkün deyil. Düzdür, “Neftçi” üzərindəki qalibiyyətin öz gözəlliyi var idi. Amma bu 3 xalın önəmi tam başqadır. Turnir cədvəlində elə vəziyyət yaranıb ki, Tovuzda məğlub olsaydıq, fərq artacaq, toparlanmaq çətin olacaqdı. Olduqca ənəmli qalibiyyət əldə etdik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"