İspaniyalı legionerin Azərbaycandan çıxışına "STOP" qoyulub? - YENİ DETALLAR

14 Noyabr 2023 12:40 Sabah 768
İspaniyalı legionerin Azərbaycandan çıxışına "STOP" qoyulub? - YENİ DETALLAR

"Sabah”ın legioneri Con İrasabalın Azərbaycandan çıxışına qadağa qoyulub.

Mətbuatda yayılan iddiaya görə, ispaniyalı legionerin cəzalanmasına səbəb onun vergi borcunu ödəməməsidir.

Borcunu ödəmək istəməyən müdafiəçi ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə şikayət olunub. Nəticədə İrasabalın Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Məsələ ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Belə ki, əcnəbi futbolçuya hazırda heç bir qadağa tətbiq olunmayıb.

İspaniyalı legionerin Azərbaycandan çıxışına "STOP" qoyulub? - YENİ DETALLAR

Yayılan informasıya həqiqəti əks etdirmir. "3 nömrə" hətta milli komandalara görə yaranmış fasilədən istifadə edərək vətəninə yollanıb.

"Sabah"ın üzvü 2 günlük İspaniya səfərindən sonra komandasının düşərgəsinə qayıdıb.

İspaniyalı müdafiəçi 2022-ci ildən Bakı klubunun formasını geyinir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti