"Sabah"ın qapıçısı belə səhvlər eləməli deyil".
Bu fikirlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
Tanınmış telejurnalist Yusif İmanovun cari mövsümə çox pis təsir bağışladığını bildirib.
O, gənc kiperin Konfrans Liqasında "Partizan"a qarşı səfər oyunundan başlayaraq səhvlərə yol verdiyini söyləyib:
"Belə iddialı komandanın qapıçısı mövsüm ərzində maksimum iki səhvə yol verə bilər.
Yusif isə artıq xeyli sayda səhv edib və limiti keçib. Ona nəsə olub.
Özünü psixoloqa göstərməli, düşdüyü vəziyyətdən çıxmağa çalışmalıdır".
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

