"Bunun üzərində işləyəcəyik" - Murad Musayev

11 Noyabr 2023 21:25 Sabah 1 162
"Bunun üzərində işləyəcəyik" - Murad Musayev

"Sabah" Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün çox yaxşı oyun gördük. Hər iki komanda hücum edirdi. Gərgin matç izlədik. Hər iki tərəf qələbə qazana bilərdi. Komandam xarakter göstərdi. Çox vacib qələbə qazandıq.

- Davit Volkov bu gün coşdu. Epah cəzalanmalı idi ki, ona start heyətdə şans verəsiz?

- David həmişə qolçu keyfiyyətlərini göstərir. O yaxşı məşq edir. Heç vaxt həvəsdən düşmür. Milli komandaya yaxşı əhvalda gedəcək.

- Nicat Mehbalıyev sizə müsbət siqnal verdi?

- İlk oyunda qələbə qazanması çox önəmlidir. Onu təbrik edirəm.

- İki ardıcıl qələbə qazanmağınıza nə mane olur?

- Əvvəlki matçda hakimin qeyri-peşəkarlığı imkan vermədi. Razıyam, stabil deyilik, bəzi matçlarda yaxşı çıxış etməmişik. Bunun üzərində işləyəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti