Rusiyanın tanınmış klubu Azərbaycandan "YOX" cavabı aldı

12 Dekabr 2023 11:40 Sabah 4 575
Rusiyanın tanınmış klubu Azərbaycandan "YOX" cavabı aldı

Yeni baş məşqçi axtarışına çıxan “Alaniya”nın Murad Musayevə təklif göndərməsindən xəbərdarsız.

Vladiqafqaz təmsilçisi “Sabah”ın çalışdırıcısı ilə yaxından maraqlanır.

Hazırda birinci divizionun iddialılarından olan klub Masazır təmsilçisinin sükançısını bu posta gətirməyi planlaşdırır.

Onların digər namizədi isə “Akron”un keçmiş baş məşqçisi Yevgeni Kaleşindir.

Son olaraq, Vladiqafqaz komandasına Oleq Vasilenko başçılıq edirdi. Komanda hazırda birinci liqada 6-cı pillədədir.

Murad Musayevlə danışıqlar olub, amma sövdələşmə baş tutmayıb. O, 2021-ci ilin payızından çalışdığı Azərbaycanda işini yarımçıq tərk etmək istəmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Özbək kökənli mütəxəssis hazırkı klubu ilə daha uzun müddət əməkdaşlıq eləmək niyyətində olduğunu, bugünlərdə yeni müqavilə imzalayacağını bldirib.

Sabiq “Krasnodar“lı “Sabah“ın növbəti çağırışına isti yanaşdığını, razılıq verəndən sonra onlara “yox“ deməyin etik cəhətdən düzgün olmadığını söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti