“Xırdalan”lı qız futbolçular “Sabah”ın qonağı oldu - FOTOREPORTAJ

4 Fevral 2023 19:20 Sabah 701
“Xırdalan”lı qız futbolçular “Sabah”ın qonağı oldu - FOTOREPORTAJ

Qızlardan ibarət “Xırdalan” FK-nın aşağı yaş qruplarının üzvləri “Sabah” Futbol Akademiyasının qonağı olub.

Sportinfo.az xəbər verir ki, “ASK Arena”da baş tutan görüşdə əvvəlcə akademiyanın məşqçisi Namiq Süleymanov azyaşlılara “Qızlar futbolda” mövzusunda seminar keçərək, onlara seçdikləri peşə üzrə uğur qazanmağın yollarını izah edib, həmçinin öz məsləhətlərini verib.

Daha sonra azyaşlı qızlar akademiyanın U-12 komandası ilə birgə məşqə çıxıb. Məşqin sonunda “Xırdalan” və “Sabah”ın üzvlərindən ibarət qarışıq heyətə malik komandalar arasında ikitərəfli oyun keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?