"Sabah"ın sabahına kölgə salmaq istəyənlərə Suraxanıdan verilən MESAJ

12 Sentyabr 2022 19:00 Sabah 1 130
"Sabah"ın sabahına kölgə salmaq istəyənlərə Suraxanıdan verilən MESAJ

Ardıcıl 4 qələbə ilə mövsümə əla başlayan "Sabah" ötən tur "Səbail"lə matçda ilk xal itkisi yaşadısa, bu tur "Qarabağ"la oyunda ilk məğlubiyyətin almış oldu.

Amma gərgin keçən görüşdə hakim səhvləri matça damğasını daha çox vurdu.

43-cü dəqiqədə "Sabah"dan Abdulaye Ba qırmız vərəqə ilə cəzalandırılıdı. İkinci yarıda isə hakim qonaqlara qarşı daha amansız mövqe tutdu.

Belə ki, azlıqda qalmasına rəğmən hesabda 3-2 önə çıxan Murad Musayevin komandası sonda məğlubiyyətə üzüldü - 4:3.

Və "Qarabağ" son iki qolu penaldan vurdu. Elə hakim biabırçılığı da sonuncu verilən penaldan öncə açıq-aşkar top "Qarabağ"lı oyunçudan çıxsa da davamında elə "Qarabağ"ın aut başlaması oldu.

Məhz həmin hücumun ardınca Kadiyə qarşı qayda pozumtusu penal kimi dəyərləndirildi.

Son saniyələrdə isə "Sabah"ın bərabərlik qolu qeydə alınmadı. Həmin məqamda da baş hakimin qərarı şübhəli qaldı. Ki, qolun qaydalar çərçivəsində vurulduğu görünürdü.

Bütün şübhəli epizodlar müzakirəyə açıqdır, amma aut məsələsi biabırçılıq. Çünki hər kəsin topun meydan sahiblərindən çıxdığını gördüyü halda, yan xətt hakimi niyə əks qərar verdi?

Axı epizod onun 20-30 metr məsafəsində baş vermişdi. Fərq etmir ki, bu, onun qərəzli olmasından, yuxulu olmasından, həqiqətən səhvə yol verməsindən sonra başladı.

Önəmli olan odur ki, bir kobud səhv "Sabah" komandasının 10 nəfərlə verdiyi möhtəşəm mübarizənin sonunda xalsız qalmasını şərtləndirdi.

Halbuki komanda minimum 1 xalı haqq edirdi.

Cəmi 1 tur əvvəl isə Masazır təmsilçisi qələbələri sıralayanda, güclü rəqibləri sıradan çıxaranda, nəhayət, çempionluq şansları müzakirə ediləndə "hakimlər "Sabah"a kömək edir" piarı aparılırdı.

Bu gün isə həmin "Sabah" elə həmin hakim səhvlərinə görə mövsümdə ilk məğlubiyyətini almış oldu.

Görəsən, yumşaq desək "Sabah"ın sabahını kölgə salmaq istəyənlər dünənki səhvlərdən sonra bu gün nə düşünür? Reaksiyalar olsaydı, biz də bilərdik...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti