“Şaxtyor” Ukrayna yığmasının oyunçusunu Azərbaycan klubuna verdi

23 May 2022 16:00 Sabah 2 451
“Şaxtyor” Ukrayna yığmasının oyunçusunu Azərbaycan klubuna verdi

Martın 29-da “Sabah”la 2 aylıq müqavilə bağlamış Aleksey Kaşuk növbəti sezonu Azərbaycanda keçirəcək.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 21 yaşlı yarımmüdafiəçinin “Sabah”da qalacağı dəqiqləşib.

Bununla bağlı Donetsk və Masazır klubları arasında anlaşma əldə edilib. Razılaşmaya əsasən, Ukraynanın U-21 millisinin üzvü daha 1 il icarə əsasında “Sabah”ın uğurları üçün tər tökəcək.

Kaşuk karyerası ərzində “Şaxtyor”un əvəzedici komandası və “Mariupol”un (2019-2022) formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti