Ukraynada odun-avlovun içindən çıxanların "Sabah" sərgüzəştləri

9 May 2022 22:20 Sabah 768
Ukraynada odun-avlovun içindən çıxanların "Sabah" sərgüzəştləri

"Səbail" üzərində qələbə qazanan (2-0) "Sabah" avrokubok istəyini bir daha göstərmiş oldu.

Aktivinə növbəti 3 xalı yazan komanda yenidən ilk 4-lükdə özünə yer etdi.

Amma cəmi 6-7 tur əvvəl hətta baş məşqçi Murad Musayev də açıqlamasında avrokuboklara getməklə bağlı ümidsiz danışmışdı. Bu gün isə sona iki tur qalmış şanslar kifayət qədər yüksəlib.

Paytaxt klubunun inamlı çıxışında müxtəlif səbəblər var. Onlardan biri də Ukraynadakı müharibə ilə bağlıdır.

Belə ki, məlum hadisələrdən sonra Ukraynanı tərk etməli olan legionerlər müxtəlif ölkələrə üz tutdular. Onlardan ikisi də məhz "Sabah"a pənah gətirdi. Söhbət Lukas Rangel və Aleksey Kaşukdan gedir.

Martın son həftəsində Masazır təmsilçisinə qoşulan hər iki əcnəbi oyunçu da komandaya güc qata bildilər.

İlk günlərdən səviyyələrini ortaya qoyan futbolçular qısa müddətdə əsas heyət üzvünə çevrildilər. Kollektivdə rəqabətin artmasında katalizator rolunu oynamaqla bərabər meydandakı faydalılıq əmsalları da göz oxşayır.

İkili meydanda olduğu son 6 matçda ümumilikdə 2 qol və 4 asistlə yadda qalıblar.

2 qol 2 asist Rangelin, digər iki asist isə Kaşukun payına düşür. Qarşıdakı iki turda göstəricilərin daha da yaxşı olmaq ehtimalı yüksəkdir.

Adıçəkilən oyunçuların "Sabah"lı günlərinin heç iki aya sığmadığını nəzərə alsaq, bu, onların potensialının tamı olmadığını düşünməyə yetərlidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti