Azərbaycan klubundan getdi, “Slaven”lə anlaşdı

24 İyun 2021 00:42 Sabah 1 188
Azərbaycan klubundan getdi, “Slaven”lə anlaşdı

“Sabah”la müqaviləsi bitən Mario Marina karyerasını vətəni Xorvatiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı dayaq yarımmüdafiəçisi “Slaven”lə anlaşıb.

Marina Koprivnitsa klubu ilə hərtərəfli razılıq əldə edib. “Sabah”la müqavilə müddəti başa çatdığından, yarımmüdafiəçi xorvatiyalılara azad agent kimi keçir. “Slaven”in yalnız yeni transferini rəsmən təqdim etməsi qalıb.

Vurğulanıb ki, “Slaven” “Qəbələ”dən yenicə ayrılan müdafiəçi Vinko Medimoreçlə də maraqlanıb. Ancaq xorvatiyalı hələ ölkəsinə qayıtmaq istəmədiyini, karyerasını xaricdə davam etdirəcəyini bildirərək, təklifi rədd edib.

Mario Marina “Sabah”a ötən ilin yanvarında “Qoritsa”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti