Paraqvaylı hücumçu “Sabah”la 1 illik müqavilə bağladı

31 May 2021 14:40 Sabah 1 471
Paraqvaylı hücumçu “Sabah”la 1 illik müqavilə bağladı

“Sabah” klubu daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Xulio Rodriqeslə yeni anlaşma imzalayıb.

Yeni müqavilənin müddəti 1 ildir. Paraqvaylı hücumçu ötən ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır.

Xulio son mövsümdə Premyer Liqada meydana çıxdığı 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.

"Sabah" daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Dmitro Klots və Kevin Kubemba ilə də vidalaşıb. Ramin Quliyevin baş məşqçi olduğu komanda “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş