"Klubumuzun fəaliyyəti bundan sonra da davam edəcək, narahat olmasınlar"

2 May 2022 17:00 Region Liqası 990
"Klubumuzun fəaliyyəti bundan sonra da davam edəcək, narahat olmasınlar"

"Bizə hər an təklif gələ bilər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Cəbrayıl"ın prezidenti və baş məşqçisi Cavid Hüseynov deyib.

Millinin sabiq yarımmüdafiəçisi yeni yaratdığı və Region Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanan klubun perspekitvi haqda ümidverici danışıb.

Sitat: "AFFA bizə divizionda iştirak etməyi təklif edəndə, gərək biz də buna hazır olaq. Bəli, biz öz yanaşamamız baxımından birinci diviziona layiqik.

Amma tələsmirik. Birinci diviziona buraxılmadıq deyə, bir məyusluq yoxdur. Elə sizin vasitənizlə azarkeşlərə səslənirəm ki, fəaliyyətimiz bundan sonra da davam edəcək.

Narahat olmasınlar. Klubda hər şey öz qaydasındadır Futbol naminə, Cəbrayılımız naminə hər şey yaxşı olacaq.

Üstünlüyü gənclərə, onların potensiallarının açılmasına yönəltmişik. Heyətdə 5-6 futbolçu 2002-2003 təvəllüd uşaqlardı. Bu yöndə strategiyamız davam edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu