“Qəbələ” nə kimi üstünlüyə malikdir?

24 Oktyabr 13:54 Qəbələ 170
“Qəbələ” nə kimi üstünlüyə malikdir?

Bu həftə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” VII turda “Səbail”lə qarşılaşacaq.

“Qırmızı-qaralar” bu oyunu Qəbələ şəhər stadionunda keçirəcək. Bu matç iki klub arasında 14-cü duel olacaq. İndiyədək rəqiblər 13 dəfə üz-üzə gəlib. 7 dəfə qələbə qazanan “Qəbələ” üstünlüyə malikdir.

3 heç-heçə edən “qırmızı-qaralar” eyni sayda məğlubiyyət alıb. Bu görüşlərdə 24 qol vuran futbolçularımız 14 top buraxıblar. Komandamızın ən yaxşı bombardiri Baqali Dabodur. O, “Səbail”in qapısına 6 qol vurub. Famussa kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.

Baş tutan 13 qarşılaşmadan ikisi Azərbaycan kuboku, 11-i Premyer Liqa çərçivəsində oynanılıb. Çempionatda 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” üç matçdan xalsız ayrılıb. Top fərqi də komandamızın xeyrinədir – 19:12.

“Qırmızı-qaralar” evdəki 6 oyunda 5 dəfə qalib gəlib və 1 dəfə heç-heçə edib. Doğma meydanda uduzmayan komanda 13 qol vurub və 3-nü buraxıb.

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

2018/19 mövsümü

12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0

10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41

2019/20 mövsümü

21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2

16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1

Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 22:20 Niyə AFFA yox, "Qarabağ"?
27 Noyabr 01:10 "Milan"dan 1:1 - VİDEO