"Qəbələ" meydanda daha "diri" görünürdü" - RUS FUTBOLÇU

20 Yanvar 2020 12:59 Qəbələ 1 137
"Qəbələ" meydanda daha "diri" görünürdü" - RUS FUTBOLÇU

"Hazırda komandada yüklənmə çoxdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Çayka"nın yeni transferi Sergey Şarov klubun rəsmi saytına müsahibəsində deyib. İki gün öncə Antalyada "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edən rusiyalı yarımmüdafiəçi məğlubiyyətinin səbəbini açıqlayıb:

"Rəqib bizi sürət baxımından üstələdi. Onlar daha "diri" görünürdü. Toplanışda ilk matçlar hər zaman çətin alınır. Əlbəttə, uduzmaq xoş deyil. Amma işə hələ yenicə başlamışıq. Azarkeşləri əmin etmək istəyirəm ki, tezliklə onlar bizim də qələbələrimizi görəcəklər".

Şarov komandanın kapitanı Vladislav Dubovoyun zədələndiyi epizod haqda da danışıb: "Rəqibin kobud və düşüncəsiz hərəkəti Vladın ağır zədə almasına səbəb oldu. Çox xoşagəlməz vəziyyətdir. Bütün komanda kapitanın sağlamlığına görə narahatdır və ona tezliklə sağalmasını arzulayır".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"