6 həftə sonra gələn həzz… ƏYALƏTDƏN FOTOREPORTAJ

20 Fevral 2023 03:00 Qəbələ 544
6 həftə sonra gələn həzz… ƏYALƏTDƏN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qırmızı-qaralar"ın qollarını 44-cü dəqiqədə Ülvi İsgəndərov və 56-cı dəqiqədə Rafael Utziq vurub. 85-ci dəqiqədə əyalət təmsilçisinin yarımmüdafiəçisi İsnik Alimi avtoqol müəllifi olub.

Beləliklə, altı turdan sonra qalib gələn "Qəbələ" xallarını 31-ə çatdıraraq 4-cü pillədəki yerini qoruyub. 18 xalı olan "Sumqayıt" isə 7-ci sırada qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA