Biabır olasan!

19 Fevral 2023 09:40 Qəbələ 1 181
Biabır olasan!

Altı tur sonra gələn qələbə «Qəbələ»ni yenidən liderlər qrupuna «qulp» etdi.

Dördüncü yeri tutmaq istəyirlər.

«Zirə»nin «daban»ında gəzən «Qəbələ»nin hansı tarixədək öz iddiasını sürdürəcəyi, doğrudan da, çox vacibdir.

Keçən həftə «Neftçi»dən aldıqları 1 xal oldu. Üstün oynamışdılar.

Ritorikanı dünən də dəyişdirmədilər. Yenə həmin oyun tərzi, yenə meydan amili, yenə…

Yox, Elmar Baxşıyev bu dəfə hakimlərin arxasınca asıb-kəsmədi, şaxsey-vaxsey getmədi, «xalımızı oğurladılar» demədi.

Niyə desin, Əliyar Ağayev ev sahiblərinin ürəyindən xəbər verən idarəçiliyi ilə yekun nəticəyə öz damğasını vurdu. Mən Aydın Bayramovun «əziyyət»ini də yerə vurmaq istəmirəm.

FİFA referisi ilk qolda «Qəbələ»nin iki dəfə qaydaları pozmasına göz yumdu, aydın Bayramov da ikinci qolda ev sahiblərinə bayram əvəzi sevinc hissi yaşatdı.

«Sumqayıt»ın qapıçısının bu qolda səhvi o qədər böyükdür ki… Biabır olasan!

Canni De Byazinin milliyə çağırdığı qapıçı budur? Bəndənizə aydın deyil ki, italiyalı baş məşqçi Aydında nə görüb.

Görünən odur ki. o, «səhvlər toplusudur». Samir Abasov gəmisinin batmasını istəmirsə, özünü ondan gözləsin.

Ülvi İsgəndərovu uzun fasilədən sonra əsas heyətdə izlədim. Hesabı da elə «Semih Şentürk» açdı. Qolun gözəlliyinə sözüm yox.

Sözüm Elmar Baxşıyevədir. Bəs deyirdiz, Ülvi ilk dəqiqələrdən meydanda olanda özünü göstərə bilmir, gözdən tez itir?

Mən beş Ramon Maçadonu bir Ülviyə dəyişmərəm.

Baxşıyevə də məsləhətim odur ki, o da fikrini dəyişsin, bu formanı haqqı olana geyindirsin, daha ayrı-seçkilik hallarına yol verməsin.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA