"Qəbələ"də 3 nəfərdən yaxşı olmayan XƏBƏR VAR

18 Fevral 2023 13:20 Qəbələ 513
"Qəbələ"də 3 nəfərdən yaxşı olmayan XƏBƏR VAR

“Qəbələ” Premyer Liqanın 23-cü turunda “Sumqayıt”la oyuna itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, komandanın 3 futbolçusu görüşdə iştirak etməyəcək.

Hücumçu Ramon Maçado və qapıçı Kristof Atanqana zədədən sonra bərpa prosesi keçir.

Onlar “qırmızı-qaralar”ın sabah keçiriləcək görüş ərəfəsindəki hazırlığına qatılmayıb. Müdafiəçi Rüfət Əhmədov isə bərpa prosesini davam etdirir.

Bu gün keçiriləcək sözügedən matç saat 15:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!