Yeni transferdən bölgə klubunu SEVİNDİRƏN XƏBƏR

14 Fevral 2023 21:00 Qəbələ 797
Yeni transferdən bölgə klubunu SEVİNDİRƏN XƏBƏR

"Qəbələ"nin qış fasiləsində etdiyi yeganə transfer Əyyub Allaş oldu.

Bölgə klubu Mərakeş əslli belçikalını təxmin 1 həftə əvvəl ictimaiyyətə rəsmən açıqladı.

Amma yeni transferi Premyer Liqanın 21-ci turunun "Neftçi" ilə qarşılaşmasında (0:0) meydanda görə bilmədik.

Xəstələnməsi səbəbindən bir məşqə belə çıxmayan futbolçunun xidmıətindən baş məşqçi istifadə edə bilmədi.

Artıq Allaşla bağlı narahatlıq aradan qalxıb.

Belə ki, 25 yaşlı yarımmüdafiəçi tam sağalıb. O, yeni komandası ilə məşqlərə qoşulub.

Orta xətt oyunçusunun qarşıdakı tur "Sumqayıt"la görüşdə debüt edəcəyi gözlənilir.

"Qırmızı qaralar" Əyyub Allaşla 2024-cü ilin yayınadək müqavilə imzalayıb.

Onun son klubu isə Belçika “Virton”u olub. Karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da forma geyinib.

Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA