“Neftçi” ilə oyunda baş verən olay: “Bəzisi deyir, var, bəzisi deyir, yoxdur”

13 Fevral 2023 23:00 Qəbələ 724
“Neftçi” ilə oyunda baş verən olay: “Bəzisi deyir, var, bəzisi deyir, yoxdur”

“Səmimi sözümdür, həmin anı yaxından görmədim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin legioneri Abu Akal Feras deyib.

İsrailli yarımmüdafiəçi Premyer Liqanın 22-ci turu çərçivəsində “Neftçi” ilə keçirilən matçda baş hakim Fərid Hacıyevin onların xeyrinə təyin edib, sonradan ləğv etdiyi penalty qərarına bu cür şərh verib:

“Bu epizodla bağlı dəqiq fikir bildirmək mənim üçün çətindir. Ekranda təkrara baxanların bəziləri penaltinin olduğunu, bəziləri olmadığını deyir.

Videotəkrara baxandan sonra dəqiq fikir bildirməyim mümkün olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM