Bu məşqçi futbolçularını intizama dəvət etməyin yolunu tapsa…

12 Fevral 2023 19:40 Qəbələ 861
Bu məşqçi futbolçularını intizama dəvət etməyin yolunu tapsa…

Azərbaycanda təkdənbir komandalardan biri «Qəbələ»dir ki, öz dəsti-xətti var və bu üslubu qoruyur, rəqiblərdən asılı olaraq dəyişmir.

Elmar Baxşıyevin futbola baxışı futbolçularının iliyinədək işləyib. Hamı halından və göstərdkləri oyundan məmnundur.

Udsalar da, uduzsalar da bu yolu tutub gedirlər.

«Neftçi»dən yaxşı mübarizə apardılar. Daha istək və əzmlə qələbəni də qovdular. Yaratdıqları qol epizodlarının sayı az olmadı.

Bir penalti də qazandılar. Ancaq «Neftçi» ilə evdəki ilk oyunda olduğu kimi, bu dəfə də baş hakim qərarını dəyişdi.

Fərid Hacıyev VAR kamerasına baxıb, «Qəbələ»ni mövsüm ərzində altıncı «onbir» metrlik zərbə vuruşunu yerinə yetirməkdən məhrum etdi.

Höccət Haqverdinin müdaxiləsi ilə yerdə qalan Rövlan Muradov bir qədər cəld tərpənmədi ki, topu yaxın küncə fırlatsın.

Baş hakim qərarını dəyişdirməklə, məsuliyyəti cansız və dilsiz texnologiyanın «belinə yüklədi».

Yəqin ki, o an Fərid Hacıyev VAR-ı Azərbaycana gətirənlərin ölənlərinin ruhuna bir dua oxudu. Ziyanın yarısından qaçmağın yolu tapıldığı üçün.

Baxşıyev də futbolçularını intizama dəvət etməyin yolunu tapsa, lap əla olar. Səlahət Ağayevlə İlkin Qırtımov arasında son dəqiqələrə təsadüf edən mübahisəli epizodu nəzərdə tuturam.

Bu kimi səhnələr xoşagələn deyil və təəssüf ki. biz «Qəbələ»də belə mənzərəni tez-tez görürük.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA