"Qəbələ"nin sabiq məşqçisi Türkiyədəki zəlzələdə vəfat edib

12 Fevral 2023 18:20 Qəbələ 750
"Qəbələ"nin sabiq məşqçisi Türkiyədəki zəlzələdə vəfat edib

"İnkenderunspor" klubunun qapıçılarla işləyən məşqçisi Uğur Kurt Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.

sportinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

53 yaşlı mütəxəssis 2009 - 2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında çalışıb.

O, “Zeytinburnuspor” (2004), “Qalatasaray” (2006), “Sarıyer” (2015), “Boluspor” (2016), “Karagümrük” (2016), “Manisaspor” (2017), “İstanbulspor” (2018), “Başakşehir” (2022) klublarında fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM