"Qəbələ" qış "transfer pəncərəsi"nin bağlanmasına az qalmış heyətini gücləndirdi.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi son olaraq "Ekselsior Virton"da oynamış Ayyub Allaşla müqavilə imzaladı.
Bu mövsüm adıçəkilən klubun heyətində Belçikanın aşağı liqasında 14 oyuna çıxmış yarımmüdafiəçi 2 qolla yadda qalıb.
25 yaşlı mərakeşli yarımmüdafiəçi həm mərkəz yarımmüdafiəçisi, həm də vinger kimi oynaya bilir.

