“Neftçi” ilə 0:0-a görə üzgün olduğumu deməzdim” - İSRAİLLİ

11 Fevral 2023 20:00 Qəbələ 585
“Neftçi” ilə 0:0-a görə üzgün olduğumu deməzdim” -  İSRAİLLİ

"Nəticəni ədalətli hesab edirəm.

Hər iki komandanın qol imkanları olsa da, dəyərləndirmək mümkün olmadı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ” – “Neftçi” oyunu ilə bağlı danışan meydan sahiblərinin yarımmüdafiəçisi Feras Abu Akal deyib.

Meydan sahibləri ayrı-ayrı dəqiqələrdə fəal təsir bağışlasa da, rəqib qapısına yol tapa bilmədi ki, yekunda tablodakı “0-lar” dəyişmədi.

İsrailli futbolçu qeydə alınan nəticəyə görə üzülmədiyini bildirib:

“Əlbəttə, qalib gəlsəydik, yaxşı olardı. Çünki məqsədimiz dördüncü pillədəki rəqibi özümüzdən irəli buraxmamaqdır.

Əsas odur oyun planında rəqibdən geri qalmadıq, qol imkanları yaratdıq. Ona görə də 0:0-a görə üzgün olduğumu deməzdim.

Bu gün ən böyük üstünlüyümüz futbolçuların meydanda son saniyəyə qədər döyüşməsi, ürəkdən oynamasıdır. Bu cür davam etməklə istəyimizə çatacağımızı düşünürəm”.

Feras Abu Akal cari mövsümdə “Qəbələ” formasında meydana çıxdığı 25 oyunda 1 qol vurub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA