“Qəbələ” – “Neftçi” oyunundan əvvəl şübhəli mənzərə - FOTOLAR

10 Fevral 2023 14:20 Qəbələ 1 044
“Qəbələ” – “Neftçi” oyunundan əvvəl şübhəli mənzərə - FOTOLAR

Premyer Liqanın 22-ci turunda “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edir.

Hazırda Qəbələdə hava şəraiti əlverişsizdir.

Stadiona yaxın ərazidə duman müşahidə olunur, havanın hərarəti -3 dərəcədir.

Səhər saatlarından yağan qar yerə “oturub” və hələ də davam etməkdədir.

Lakin bu, oyunun keçirilməsinə əngəl törətməyəcək. Əsas meydanın isitmə sistemi və arenanın işçi qüvvvəsi qazonu oyun üçün mükəmməl vəziyyətə gətirib.

Sual doğuran əsas məsələ bu cür hava şəraitində matçın keçirilib-keçirilməyəcəyidir.

İndiki anda narahatlığa gərək yoxdur. Duman güclənməsə, oyunun keçirilməsində problem olmayacaq.

HƏBİB, QƏBƏLƏ

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!