“Qəbələ”dən “Neftçi”ni üzəcək SON XƏBƏR GƏLDİ

9 Fevral 2023 19:40 Qəbələ 1 285
“Qəbələ”dən “Neftçi”ni üzəcək SON XƏBƏR GƏLDİ

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Zirə” ilə səfər matçında (2:2) “Qəbələ”nin önəmli fiqurlarından biri olan İsnik Alimi 68-ci dəqiqədə yerini Asif Məmmədova verməli olmuşdu.

Qarşılaşmadan sonra komandanın baş məşqçisi Elmar Baxşıyev əcnəbi futbolçusunu erkən əvəzləməsini onun sağlamlğının qaydasında olmaması ilə əlaqələndirmişdi.

Bölgə klubunu bu həftə doğma meydanda daha bir çətin sınaq gözləyir. “Qırmızı qaralar”ın qonağı “Neftçi” olacaq.

Maraqlıdır, albaniyalı futbolçu paytaxt təmsilçisi ilə görüşdə meydanda ola biləcəkmi?

Yerli azarkeşlərin sual ətrafında narahatlığına əsas yoxdur. Belə ki, arxada qalan həftə İsnik tam sağalıb. Onun “Neftçi” ilə matçda meydanda olmasına heç bir maneə yoxdur.

Baş məşqçi “5 nömrə”yə güvənəciyi halda legioneri 90 dəqiqə meydanda görə bilərik.

29 yaşlı futbolçu son matça kimi yalnız üçüncü tur “Kəpəz” üzərində qələbə qazandıqları oyunun 85-ci dəqiqəsində əvəzlənib. Qalan bütün matçlarda 90 dəqiqə meydanda olan orta xətt oyunçusu 6 qol və 3 asistlə yadda qalmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA