“Qəbələ”də işləmiş məşqçi dağıntılar altında qaldı, telefonuna zəng çatmadı

9 Fevral 2023 14:00 Qəbələ 713
“Qəbələ”də işləmiş məşqçi dağıntılar altında qaldı, telefonuna zəng çatmadı

“Qəbələ”nin sabiq məşqçisi Uğur Kurt Türkiyədəki zəlzələ zamanı itkin düşüb.

2009-2015-ci Azərbaycanda işləmiş mütəxəssis dağıntılar altında qalıb.

2015-2016-cı illərdə “ağ-qaralar“ın akademiyasında çalışmış, son olaraq isə “İskenderunspor”da fəaliyyət göstərən 53 yaşlı Kurt fevralın 6-də - zəlzələ baş verən gün klubun məşqçilər üçün ayrılmış binada olub.

“İskenderunspor”un digər məşqçisi Halil İbrahim Sönmez dağıntılar altından çıxarılsa da, ondan hələ də bir xəbər yoxdur. “Qəbələ”nin sabiq məşqçisinin yalnız çantası tapılıb.

İskenderun klubunun qapıçısı Berk Balaban Türkiyə mətbuatına hadisəni belə təsəvvür edib:

“İlk böyük təkan olduğunda bizim sol tərəfimizdə Uğur Kurt və Halil İbrahim Sönmez hocamızın qaldığı bina çökmüşdü. Biz binanın sadəcə toz dumanını görə bildik.

Uğur və İbrahim hocamızın dağıntıların altında olduğunu bilirdik. Əvəlcə qışqırdıq-bağırdıq, səs gələcəkmi deyə.

1,5 saatdan sonra İbrahim hocamızın səsini eşitmişlər. Gecə saat 3-də özümüz onu çıxara bildik. Vəziyyəti pis idi, aldığım xəbərə görə, vəfat etdi.

Uğur hocamızdan hələ xəbər ala bilmirik. Xilasedicilər dünən səhər gəlmişdilər. Ondan əvvəl heç bir yardım yox idi. Artıq xeyli vaxt oldu, amma gözəl xəbərlərini gözləyirik”.

Sportinfo.az-ın əməkdaşı Uğur Kurtun telefon nömrələri tapıb və onunla əlaqə yaratmağa çalışıb. Hər gün nömrə bağlı olub.

O, “Zeytinburnuspor” (2004), “Qalatasaray” (2006), “Sarıyer” (2015), “Boluspor” (2016), “Karagümrük” (2016), “Manisaspor” (2017), “İstanbulspor” (2018), “Başakşehir” (2022) klublarında fəaliyyət göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA