Mərakeş yığmasının sabiq oyunçusunun Azərbaycanda QAZANACAĞI PUL

6 Fevral 2023 17:40 Qəbələ 1 066
Mərakeş yığmasının sabiq oyunçusunun Azərbaycanda QAZANACAĞI PUL

“Qəbələ” qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.

Klubun rəsmi saytı yaydığımız xəbəri bir qədər öncə açıqlayıb.

“Qırmızı-qaralar” Mərakeş əsilli belçikalı Əyyub Allaşla müqavilə imzalayıb.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan sözləşməyə qol çəkib. Onun son klubu Belçika “Virton”u olub.

Əyyub Allaş karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da çıxış edib. Futbolçu 2015-ci ildə Mərakeşin U-20 millisinin heyətində oyun keçirib.

Onun keçidi “Qəbələ”yə az məbləğə başa gəlməyib. ərəb cari mövsümün sonunadək 8000 dollar əməkhaqqı alacaq.

Yeni “futbol ili”ndən etibarən isə onun aylıq gəliri 10 min dollar qədər artacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti