
Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, günün ilk oyununda "Qəbələ" "Sabah"ı qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Bayquşlar"ın qollarını 60-cı dəqiqədə Davit Volkov, 70-ci dəqiqədə Con İrasabal, 89-cu dəqiqədə Coy Lens Mikels vurub.
Meydan sahiblərinin heyətində Ruan Renato 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 49-a çatdıran "Sabah" 2-ci pillədə qərarlaşıb. 26 xala malik "Qəbələ" 5-ci sıradadır.