"Qəbələ" ayılıb gördü ki...

27 Yanvar 2023 23:40 Qəbələ 669
"Qəbələ" ayılıb gördü ki...

"Qəbələ" mövsümün ikinci yarısına ürəyi istəyən kimi başlamağı bacarmadı.

Komanda 3 xal ümidi ilə yollandığı Gəncə səfərindən yalnız 1 xalla qayıda bildi.

Məğlubiyyətin yaşanması isə an məsələsi idi. Belə ki, çox pis ilk hissə keçirən qonaqlar yalnız ikinci yarı özünə gəldi. Ayıldan isə gördüləri ki, qələbə üçün çox gecdir.

Artıq gəncəlilər hər ikisi penaldan olmaqla 2 qol vurmağı bacarmışdı. Görünür, yenilənmiş komandaya qarşı mübarizə aparmaq elə də asan deyildi.

Ciddi itkilərə rəğmən Tərlan Əhmədovun yetirmələri ilk yarı meydanda özünü suda balıq kimi hiss edirdi.

Yalnız fasilədə futbolçuları ayıltmaq, necə çıxış etmək lazım olduğunu başa salmaq mümkün oldu.

Məsələn, ilk hissə bir neçə uğurlu reydi ilə yadda qalan yeni transfer Martins Junior fasilədən sonra heç nə ilə yadda qalmadı. Çünki müdafiəçilər yenilərin bacarığına ilk hissədə bələd oldu, fasilədə mübarizə yolunu öyrəndi.

Qarşılığı da vurulan 2 qolla gəldi. Azacıq vaxt qalsaydı, "Qəbələ" qələbə topunu da vura bilərdi. Çünki qərb təmsilçisinin hücüm potensialı zərərsizləşdirilmiş, boş mövqeləri aşkarlanmışdı.

Hücumlar arda-arda gəlirdi. Epizodlar da vardı. Sadəcə, hakimin final fiti "Qəbələ"nin qələbə arzusunun üzərindən xətt çəkdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!