"Ürəkaçan oyun oynamadıq" - Kapitandan səmimi etiraf

27 Yanvar 2023 20:40 Qəbələ 504
"Ürəkaçan oyun oynamadıq" - Kapitandan səmimi etiraf

"Qəbələ"nin kapitanı Urfan Abbasov Sportinfo.az-a açıqlama verib.

Müdafiəçi Premyer Liqanın 19-cu turu çərçivəsində "Kəpəz"lə bərabərə (2:2) qaldıqları oyunu şərh edib:

"İki fərqli hissə izədik. İlk hissə iki penaltidən vurulan qol nəticəsində geri düşdük. Amma ikinci yarı şükürlər olsun ki, oyunu dəyişə bildik.

Tam formada deyilik. Ola bilsin fərqli hissələr keçirməyimiz də bununla bağlıdır. Oyunlar keçdikcə daha yaxşı formaya düşəcəyik".

Abbasov yaxşı oyun keçirmədiklərini etiraf edib və bunun səbəblərini də dilə gətirib:

"Düzdü, elə də ürəkaçan oyun oynamadıq. Amma unutmaq olmaz ki, təlim-məşq toplanışından gəlmişik.

Mövsümün ikinci yarısının ilk oyunu idi. Məncə, müəyyən müddətdən sonra komanda formaya düşəcək və daha yaxşı oyun keçirəcək, inşallah".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı