Azərbaycan komandasının iştirak etdiyi QALAMAQALIN YENİ VİDEO GÖRÜNTÜLƏRİ

21 Yanvar 2023 19:00 Qəbələ 918
Azərbaycan komandasının iştirak etdiyi QALAMAQALIN YENİ VİDEO GÖRÜNTÜLƏRİ

"Qəbələ"nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında "Teplitse" ilə yoxlama oyununda əlbəyaxa dava düşüb.

Bu hadisənin yeni görüntüləri üzə çıxıb.

Kadrlardan görürük ki, hər iki tərəfin futbolçuları insidentdə fəal iştirak edib,

Olay qarşılaşmanın sonlarına yaxın çexiyalı futbolçu ilə "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

Qarşıdurmanın böyüdüyünü görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!