Bölgə klubunun braziliyalı həsrəti başa çatdı

21 Yanvar 2023 17:40 Qəbələ 829
Bölgə klubunun braziliyalı həsrəti başa çatdı

Antalya toplanış başa vuran "Qəbələ" mövsümün ikinci yarısına hazırlıqları Bakıda davam etdirir.

Türkiyə toplanışında iştirak edə bilməyən Rafael Utziq də məşqlərdə iştirak edir.

Braziliyalı legionerin qardaş ölkədə baş tutan təlim-məşq toplanışından kənarda qalmasına səbəb koronavirusa yoluxması idi.

Vətənində müalicə olunan 26 yaşlı oyunçu bu günlərdə ölkəmizə geri dönüb.

Dünən fərdi məşqlə kifayətlənən əcnəbi oyunçu bu gündən komanda şəklində hazırlıqlara qoşulub.

Rafael Utziq 2020-ci ilin yayından bölgə klubunun formasını geyinir.

O, arxada qalan müddətdə meydana çıxdığı 75 oyunda 13 qol vurub, 9 məhsuldar ötürmənin müəllifi olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti