"Qəbələ" 2 aydır camaatın, yetim-yesirin maaşını vermir"

20 Yanvar 2023 15:00 Qəbələ 847
"Qəbələ" 2 aydır camaatın, yetim-yesirin maaşını vermir"

«Qəbələ» Futbol Akademiyasında ciddi narazılıq baş qaldırıb.

Dövlət əyalət klubuna hər ay dotasiya ayırsa da, belə görünür ki, idarəçilər büdcəyə köçürülən vəsaiti bu sahəyə istiqamətləndirmir.

Hər halda Sportinfo.az-ın redaksiyasına müraciət edən əməkdaşlar 2 aydır əməkhaqqı ala bilmədiklərini açıqlayıb:

«Hörmətli sayt, hər zaman sizin ədalətli yazılarınızı görürük. Niyə FİFA, UEFA, AFFA pul ödədiyi halda, klublar aşağı yaş qruplarının oyunlara bir gün əvvəl getməsini, normal qidalanmasını və xərclərini təmin etmir?

Niyə klublar 2 aydır texniki personalın, məşqçi və oyunçu heyətinin maaşlarını ödəmir?

Xarici turnirlərə gedirlər, təlim-məşq toplanışlarında böyük məbləg qarşılığında vaxt keçirir, amma cüzi maaşa işləyən yetim-yesirin pulunu ödəmirlər.

Düz iki aydır (dekabr və yanvar) «Qəbələ» kimi klub camaatın maaşını vermir.

Axı bu vəsait artıqlaması ilə yuxarda qeyd edilən futbol qurumları, sponsorlar və dövlət tərəfindən tam ödənilir».

Digər Xəbərlər
Xəbər Lenti