İddialı və ümidli qayıtdı: “Ən xoş sözləri deyə bilərəm”

19 Yanvar 2023 20:40 Qəbələ 626
İddialı və ümidli qayıtdı: “Ən xoş sözləri deyə bilərəm”

“Qəbələ” Antalya toplanışını ən tez başa vuran komanda oldu.

Bölgə təmsilçisi qardaş ölkədə olduğu müddətdə yeni transferlərə imza atdırmasa da, baş məşqçi Elmar Baxşıyev yetirmələrinə yoldaşlıq görüşlərində iş başında izləməklə ciddi fayda gördü.

Rumıniya təmsilçisi “Sepsi” ilə oyun 2:2 hesablı bərabərliklə başa çatdısa, “qırmızı-qaralar” Almaniyanın Regional Liqasında mübariz ə aparan “Lukenvalde” ilə qarşılaşmadan qələbə ilə ayrıldı – 3:2.

Kütləvi dava səbəbindən vaxtından tez başa çatan “Teplitse” (Çexiya) ilə görüş qəbələlilərin 1:2 hesablı yenilgisi ilə sonuclandı.

Bir sözlə, 12 günlük toplanışın “Qəbələ”nin planına uyğun getdiyini deyə bilərik.

Lakin ən doğrusunu hazırlıq prosesinin iştirakçılarından eşitmək olar. Komandanın yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo.az-a açıqlamasında toplanışı dəyərləndirib:

“Toplanış haqda ən xoş sözləri deyə bilərəm. Əsas məqsəd 10 günlük fasilədən sonra optimal formamızı bərpa etmək, nöqsanları görüb, aradan qaldırmaq idi.

Formaya düşmək üçün əlimizdən gələni etdik. Məşqlərdə və oyunlarda məşqçilər heyətinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. N

ə qədər alınıb-alınmadığını baş məşqçimiz daha yaxşı bilir. Sevindiri məqam güclü komandalara qarşı oynamağımız idi.

Hər üç rəqib fiziki cəhətdən olduqca hazırlıqlı görünürdü. Təlim-məşq toplanışının bəhrəsini çempionat və kubok oyunlarında görəcəyimizi düşünürəm”.

“Qəbələ” Premyer Liqanın 19-cu turu çərçivəsində yanvarın 24-də səfərdə “Kəpəz”in qonağı olacaq. Oyun saat 14:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA