Azərbaycana döndü, "Neftçi" ilə danışıqlara başladı

19 Yanvar 2023 14:00 Qəbələ 2 271
Azərbaycana döndü, "Neftçi" ilə danışıqlara başladı

«Qəbələ»nin braziliyalı hücumçusu Azərbaycana qayıdıb.

«Qırmızı-qaralar»ın Antalya toplanışına qatılmayan və ayrılması gündəmə gələn legioner artıq komandaya qoşulub.

Ölkəmizdə üçüncü mövsümünü keçirən cənubi amerikalı burada müvəqqətidir. Koronavirusa yoluxduğu deyilən «sambaçı» hazırda «Neftçi» ilə danışıqlar aparır.

Əyalət təmsilçisi çalışır ki, o, tezliklə düşərgəni tərk etməsin, mövsümün sonunadək qırmızı-qara formanı geyinsin. Axı Utrixin müqaviləsi həmin vaxtadək qüvvədədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA