“O, Bakıda komandaya qoşulacaq” – “Qəbələ”nin baş məşqçisi AÇIQLADI

18 Yanvar 2023 16:20 Qəbələ 550
“O, Bakıda komandaya qoşulacaq” – “Qəbələ”nin baş məşqçisi AÇIQLADI

“Qəbələ” Antalya toplanışında vacib fiqurlarından birinin xidmətindən yararlana bilmədi.

Rafael Utziq koronavirusa yoluxduğunu bildirərək təlim-məşq toplanışına qatılmadı.

Braziliyalı vinger xəstəliyini əsas gətirsə də, bizdə olan məlumat fərqlidir. Belə ki, redaksiyamıza ötürülən bilgiyə görə, Rafael bölgə təmsilçisini tərk etmək niyyətindədir.

Hazırda vətənində qalmasının səbəbi də toplanışda iştirak etməmək, çempionata hazır olmamaq və bununla da rəhbərlik və baş məşqçi tərəfindən müqavilənin birtərəfli qaydada pozulmasına nail olmaqdır.

Yanvarın 24-də “qırmızı-qaralar”ın “Kəpəz”lə oyunu var, lakin Utziq hələ də okeanın o tayındadır. Və Azərbaycana nə vaxt qayıdacağı haqda dəqiq məlumat yoxdur.

Müəmmaya aydınlıq gətirmək üçün “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevlə əlaqə saxladıq:

“Heç bir problem yoxdur. Komandadan ayrılmasından söhbət gedə bilməz.

Rafael koronavirusa yoluxduğuna görə Antalya toplanışında iştirak edə bilmədi. O, Bakıda komandaya qoşulacaq”.

Rafael Utziq 2020-ci ilin yayından formasını geyindiyi bölgə təmsilçisində bütün yarışlarda meydana çıxdığı 75 oyunda 13 qol vurub, 9 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti