"Qəbələ"də RAFAEL böhranı – Qəsdən geri qayıtmır ki…

17 Yanvar 2023 14:40 Qəbələ 807
"Qəbələ"də RAFAEL böhranı – Qəsdən geri qayıtmır ki…

«Qəbələ»də Rafael Utrixlə bağlı ciddi problem yaranıb.

Braziliyalı legioner üçüncü mövsümünü keçirdiyi «qırmızı-qaralar»ın formasını daha geyinmək istəmir.

Yəni, hücumameylli yarımmüdafiəçinin virus səbəbindən Antalya toplanışına qatılmaması yönündə verilən açıqlamalar, əslində, həqiqəti ictimaiyyətdən gizlətmək məqsədi daşıyır.

Əyalət təmsilçisi həm də ümid edir ki, «sambaçı» ilə aparılan danışıqlar effekt verəcək və o, «daşı ətəyindən tökəcək».

Qəbələlilər cənubi amerikalını FİFA ilə hədələyib və diqqətə çatdırıb ki, əgər geri dönməsə, ondan məhkəməyə şikayət olunacaq.

Utrix hələ də bu mesajlara əhəmiyyət vermir. Braziliyalı ölkəsində bir neçə klubla danışıqlar aparır. Həmçinin Avropanın bəzi ölkələrindən gələn dəvətləri gözdən keçirir.

O, bu mövsümdən maaşını artıran «Qəbələ»ni təzminat qarşılığında tərk etməyi qarşısına məqsəd qoyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti