"Qəbələ"dən buraxdığımız axmaq qolu nəzərə almasaq…"

17 Yanvar 2023 13:20 Qəbələ 588
"Qəbələ"dən buraxdığımız axmaq qolu nəzərə almasaq…"

“Qəbələ” ilə oyunda qələbəyə layiq çıxış etdik”.

Sportinfo.az xəbər verir ki, bunu “Teplitse”nin (Çexiya) baş məşqçisi Jiri Yaroşik “Qəbələ” ilə Türkiyədə keçirilən yoxlama görüşü barədə danışarkən deyib.

46 yaşlı çexiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri görüşdə oyunçularının performansından razılıq bildirib:

“Yüksək səviyyədə olan meydançada güclü rəqiblə qarşılaşdıq. Qələbəni yüksək qiymətləndirirəm. Matçın əvvəllərində buraxdığımız axmaq qolu nəzərə almasaq, qələbəyə layiq idik”.

Bu gün Azərbaycana qayıdacaq “Qəbələ” Antalya toplanışında 3 yoxlama görüşü keçirib.

Elmar Baxşıyevin komandası ilk iki matçında “Sepsi” (Rumıniya – 2:2) ilə bərabərə qalıb, “Lukenvalde”yə (Almaniya – 3:2) qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA