“Bundan zövq alıram”

16 Yanvar 2023 21:00 Qəbələ 722
“Bundan zövq alıram”

"Bizim üçün normal oyun keçdiyini deyə bilərəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov deyib.

O, Rumıniya təmsilçisi "Sepsi" ilə bərabərə (2:2) başa çatan yoldaşlıq oyunundan danışıb:

“Hava şəraiti bir az çətinlik yaratdı. İlk oyunumuz idi. Belə oyunlarda səhvlərimizi görürük və düzəltməyə çalışırıq".

Əvəzlənmədən meydana çıxıb qollar vurması ilə daha çox tanınan ön xətt oyunçusu bu dəfə start heyətində meydana ayaq basıb və erkən (7-ci dəqiqə) qolla yadda qalıb.

Maraqlıdır, Ülvi bu barədə nə düşünür?

"Mən həmişə demişəm ki, futbolçunun inkişafı üçün daim oynaması lazımdır.

Əlbəttə, əsas heyətdə meydana çıxanda daha çox qol vurmaq imkanın olur, nəinki 10-15 dəqiqə oynayanda.

Mənim işim qol vurmaqdır. Bundan zövq alıram. Şans qazandıqca fərqlənmək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"